1 may 2013 12:32

Berti Foqts: Lüksemburqla oyunda 3 xal qazanmaq üçün bütün futbolçular tam hazır olmalıdı

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun azerisport.az saytına müsahibəsi
 
- Azərbaycan çempionatındakı mübarizə ilə bağlı nə deyə bilərsiz?
- Çempionluq uğrunda üç klub mübarizə aparır. Amma onlardan ikisinin şansları daha real görünür. Bunlar “Neftçi” və “Qarabağ”dı. Şənbə günü bu klublar bir-biri ilə qarşılaşacaq. Bu oyun çox şeyə aydınlıq gətirə bilər.
 
- Azərbaycan yığmasının oyunçularının çıxışını necə dəyərləndirirsiz?
- Etiraf edim ki, yığma üzvləri məni məyus etməkdədilər. Onlar heç də yaxşı formada deyillər. Daha çox çalışmaları lazımdı.
 
- “Bakı” – “Atletiko” oyununa baxdınız?
- Bəli. Stadionda idim. Fikrimcə, azarkeşlər bu oyundan məmnun qaldılar. Yaxşı şou oldu.

- Bəs oyun özü?
- Oyunun yalnız ilk hissəsindən danışmaq olar. Çünki fasilədən sonra “Bakı” tamamilə gəncləri meydana buraxdı. Amma yaxşı futbola gecə “Real” və “Borussia”nın ifasında baxdım. Bu oyun səviyyəsinə görə “Bakı” – “Atletiko” matçını xeyli üstələyirdi (gülür).
 
- Mayın sonunda Azərbaycan yığması Qətərlə yoxlama oyunu keçirəcək. Sizcə, bu görüş millimiz üçün nə dərəcədə faydalı olacaq?
- Bizə Lüksemburqla görüş öncəsi təcrübə toplamaq lazımdı. Bəzi oyunçularımız var ki, klublarında da forma şansı qazana bilmirlər. Məsələn, “Kaiserslautern”dən Rüfət Dadaşovu bu siyahıya aid etmək olar. Bizə Lüksemburqla oyunda üç xal qazanmaq lazımdı. Buna görə də bütün yığma üzvləri həmin oyuna qədər tam hazır olmalıdılar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.