1 may 2013 12:44
Xəzər Lənkəran Kəpəzlə matça ciddi itkilərlə hazırlaşır
Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL-la keçirilən matçdan sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” dünəndən etibarən məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, dünən axşam saatlarında bərpa məşqi keçirən komanda bu gün səhər əsas meydanda günün ilk məşqini keçirib.
Bir saat davam edən məşqdə futbolçular məşqçilər korpusunun verdiyi taktiki çalışmaları yerinə yetiriblər. Axşam daha bir məşq prosesi keçəcək “Xəzər Lənkəran” sabah oyun öncəsi son məşqinə çıxacaq.
Xatırladaq ki, 29-cu tur çərçivəsində “Xəzər Lənkəran”ın rəqibi Gəncənin “Kəpəz” klubu olacaq. Hazırda “Xəzər Lənkəran”ın heyətində Adrian Skarlatake və Vanderson Skarduelli zədədən əziyyət çəkir. Digər müdafiəçi Elnur Allahverdiyev isə son turda qırmızı vərəqə aldığından komandasına kömək edə bilməyəcək.
