2 may 2013 00:27

Duayt York: Azərbaycan çempionatında 10-dan artıq qol vura bilərəm

Futbol üzrə Trinidad və Tobaqo yığmasının, eləcə də İngiltərənin “Manchester United” klubunun sabiq forvardı Duayt York Azərbaycan və Avropanın veteran futbolçuları arasında keçirilmiş yoldaşlıq oyununda qonaqların heyətindəki ən fəallardan biri idi. Qarşılaşmada son nöqtəni qoyan ötənlərin məşhur futbolçusu matçdan sonra azerisport.az saytının suallarını cavablandırdı.
 
- Oyunda hesabı məhz siz aça bilərdiniz. Amma nədənsə Arçil Arveladzeyə ötürmə verməyi qərara aldınız. Niyə?
- Özünüz də başa düşürsünüz ki, bu, bir yoldaşlıq görüşü idi. Burda hər şey şənlənmək, macəra xatirinə edilir. Siz meydana çıxanların hansına bu oyuna ciddi yanaşdıqlarına dair sual versəz, başlarını yelləyərlər. Mən də məhz bu üzdən boş qapını nişan almağa yox, Arveladzeyə ötürmə etməyə qərar verdim.
 
- Bu gün azərbaycanlı müdafiəçilər üçün əsl başağrısına çevrilmişdiniz...
- Hə, onları bir az qaçmağa məcbur etdim (gülür). Mən hələ o qədər də yaxşı formada deyiləm.
 
- Sonuncu oyununuzdan nə qədər vaxt keçib?
- Təxminən bir ilə yaxındı futbol oynamırdım. Daha çox məşq etmək lazımdı. Əvvəllər yaxşı idi. İndi bir saat oynamaqda çətinlik çəkirəm.
 
- Bəs azərbaycanlı həmkarlarınız barədə nə deyə bilərsiz?
- Onlar göstərdilər ki, azərbaycanlılar da futbol oynamağı bacarırlar. Bakıda heç vaxt olmamışdım. Burda nələr baş verdiyini də bilmirdim. Yeri gəlmişkən, çox möhtəşəm şəhəriniz var.

- Siz Trinidad və Tobaqo yığmasının heyətində dünya çempionatında oynamaq imkanı qazanmısız. Komandanız belə uğura bir də nə vaxt imza atacaq?
- Buna vaxt lazımdı. O vaxt bizdə ulduz oyunçular çox idi. Amma indikilər bir qədər geri qalırlar. Trinidad yığmasının həmin uğurlarının Azərbaycanda xatırlanması məni çox təəccübləndirdi.
 
- Yığmanızın baş məşqçisi olmaq arzunuz yoxdu?
- Əlbəttə! Kim bunu arzulamaz ki? Lakin bu arzumun federasiya rəhbərliyinin arzuları ilə üst-üstə düşməsi daha vacibdi.
 
- Bəlkə yenə də futbol oynamağa davam edəsiz. Siz indiki formanızla Azərbaycan çempionatında heç də pis təsir bağışlamazdınız...
- (bir qədər düşünür) Nə qədər qol vura bilərəm?
 
- 10 qol vura bilərdiniz...
- 10? Niyə belə az? Mən daha çox vurardım (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.