1 may 2013 13:03
Duayt York: Mənə qarşı oynayacaq futbolçuların adlarını bilmirəm
İngiltərənin “Manchester United” klubunun keçmiş ulduz forvardı Duayt York Azərbaycan və Avropanın veteran futbolçuları arasında keçiriləcək yoldaşlıq oyununa dair fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bu oyuna dəvət olunmağım mənim üçün çox xoşdu. Etiraf edim ki, mənə qarşı oynayacaq futbolçuların adlarını bilmirəm. Avropa yığmasının da heyətində çoxlu futbolçular var. Ümid edirəm ki, yaxşı bir şou nümayiş etdirə biləcəyik. Nəticə barədə düşünmürəm”.