1 may 2013 13:15

“12 minlik arenanı doldura bilmirik, 65 minlik stadionu necə dolduracağıq”?

AFFA prezidenti Rövnəq Abdullayevin azerisport.az saytına müsahibəsi
 
- Öncə Premyer Liqadakı mübarizə barədə fikirlərinizi bilmək istərdik. Sizcə də çempionluğa yalnız “Neftçi” və “Qarabağ”ın şansı qalıb?
- Mən deməzdim ki, çempionluğa yalnız bu iki klub iddialıdı. “İnter” də var və onların nəzəri şansları qalmaqdadı. Fikrimcə, çempion son turun ardından bəlli olacaq. Ya da sondan əvvəlki turda.
 
- Son dövrlər hakimlikdən narazılıqlar yenə çoxalmağa başlayıb. Buna sizin mövqeyiniz necədi?
- Hakimlər ədalətli olmalıdılar. Mənim onların ədalətli olmasına şübhəm yoxdu. Düzdü, səhv edə bilərlər. Amma bu, qəsdən edilməməlidi. Səhvdən heç kim sığortalanmayıb. Avrokuboklara, yığmaların oyunlarına baxanda da hakim səhvlərinin şahidi oluruq.
 
- Onda belə çıxır ki, “Neftçi”nin “Qarabağ”la oyuna əcnəbi hakim dəvət olunması tələbinə qarşısız?
- Təbii ki. Mən özüm də klub prezidenti olmuşam. Yadımdadı ki, hakimlikdən narazılıq həmişə olurdu. Amma bizə Azərbaycan futbolunun inkişafı haqda düşünmək lazımdı. Hakimlik də futbolumuzun əsas hissələrindən biridi. Siz elə bilirsiz ki, biz hakimləri cəzalandırmırıq? Sadəcə, bunu ictimaiyyətə açıqlamırıq.
 
- İspaniyanın “Atletico” klubuna qarşı ölkənin aparıcı futbolçularının, yığmamızın üzvlərinin oynaması planlaşdırılsa da, bu, baş tutmadı. Niyə?
- Bu görüşdə Azərbaycan yığmasının iştirakı planlaşdırılmamışdı. Bu mərasim “Bakı” klubu tərəfindən təşkil olunmuşdu. AFFA və SOCAR-ın bu hadisə ilə heç bir əlaqəsi yoxdu.
 
- AFFA-nın “Kəpəz” və “Turan”a Premyer Liqada iştirak etmək üçün lisenziya verməməsi onların növbəti mövsümdən elitada olmayacağına işarədi?
- Növbəti mövsüm Premyer Liqada hansı klubların çıxış edəcəyini indidən deyə bilmərəm. Sadəcə onu söyləyə bilərəm ki, elitada 10 klub çıxış edəcək və dörd dövrədən ibarət çempionat olacaq. “Altılıq” sistemi pis deyildi. Amma bəzi mənfi cəhətləri vardı. Məsələn, ikinci altılıqdakı klublar medallar uğrunda mübarizədən tamamilə məhrum olurdular.
 
- Legioner limiti ilə bağlı dəyişiklik gözlənilir?
- Xeyr. Legioner limitinin müzakirəyə çıxarılması planlaşdırılmır. Çünki hər belə dəyişiklik ediləndə klublar xeyli çətinliklərlə üzləşirlər.
 
- Sumqayıt və Gəncə stadionlarının inşası ilə bağlı vəziyyət nə yerdədi?
- Sumqayıtda işlər tam gücü ilə davam edir. Biz orda məşq meydançaları da yaratmaq istəyirik. Gəncə stadionunun inşası da gündəmdədi. Lakin bir şeyi başa düşmək lazımdı ki, yalnız stadion tikilməsi ilə kifayətlənmək olmaz. Premyer Liqa oyunlarında azarkeşlərin stadionlara gəlməməsi məni çox narahat edir. “Neftçi”nin “Bakcell Arena” kimi 12 min tutumlu gözəl stadionu var. Amma hətta bu arena da tam dolmur. O zaman biz 65 minlik stadionu necə dolduracağıq? Azarkeşləri stadiona dəvət etmək lazımdı.

- Veteranların oyunundan nə gözləyirsiz?
- Bu, yaxşı bir şou olacaq. Əsas odu ki, azarkeşlər stadiona təşrif buyursunlar, bu şounu öz gözləriylə görsünlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.