1 may 2013 21:16

Veteranlar 6 qolluq heç-heçəyə razılaşdılar (YENİLƏNİB)

Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bayıl stadionunda veteran futbolçular arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbol veteranları Avropanın müxtəlif ölkələrindən təşrif buyurmuş həmkarlarına qarşı mübarizə aparıblar.
 
Qarşılaşma gözlənildiyi kimi, bol qollu alınıb və sülhlə başa çatıb - 3:3
 
Azərbaycan – Avropa - 3:3 (1:1)
Qollar: A.Arveladze, 6 (0:1), V.Qasımov, 23 (1:1), S.Ələkbərov, 32 (2:1), V.Qasımov, 41 (3:1), A.Arveladze, 55 (3:2), D.York, 58 (3:3)
Hakimlər: Rüstəm Rəhimov, Xaqani Məmmədov.
Bakı. “Bayıl Arena”.
 
Topa simvolik olaraq ilk zərbəni Ələkbər Məmmədov vurdu
Oyun başladı
5. Veteranlarımız meydanın mərkəzini sürətlə keçməsiylə seçilirlər
6. A.Arveladze dəqiq zərbə ilə hesabı açır - 0:1
11. Qonaqlar az qala ikinci qolu vuracaqdılar. Amma öncə qapıçı E.Həsənov, ardından isə Y.Vahabzdə komandamızı real qoldan xilas edir
15. Heyətimizdə artıq bir neçə əvəzləməyə əl atılıb və daha yaşlı veteranlarımız nisbətən cavan futbolçularla əvəzlənib
16. York qonaq veteranların heyətində ən təhlükəlilərdəndi
23. Ş.Diniyevin ideal ötürməsindən sonra meydana yenicə daxil olan V.Qasımov ilk toxunuşdaca hesabı bərabərləşdirir - 1:1
26. Bernardesin qol vurmasına son anda E.Həsənov mane olur
28. Komandamızı qapı dirəyi real qoldan xilas edir
30. V.Qasımovun cərimə zərbəsi qapı çatından geri dönür
Yarım saatlıq ilk hissə başa çatdı
İkinci hissə başladı
Fasilədə heyətdə bir sıra dəyişikliklər olub. Eyni zamanda ikinci hissədə baş hakim də dəyişib. Artıq qarşılaşmanı X.Məmmədov idarə edir
32. S.Ələkbərov cinahdan ötürülən topu başla uzaq küncə göndərir və komandamızı hesabda önə keçirir - 2:1
41. V.Qasımov özünün ikinci, komandasının üçüncü qoluna imza atır - 3:1
45. C.Əliyev Yorkun qol vurmasına topu kornerə çıxarmaqla mane olur
51. C.Əliyev növbəti dəfə komandasını real qoldan xilas edir
54. A.Arveladze özünün və komandasının ikinci qolunu vurur - 3:2
58. D.York hesabı bərabərləşdirir - 3:3
Matç başa çatdı
 
Azərbaycan veteranları: Camaləddin Əliyev, Elxan Həsənov, Dmitri Kramarenko, Əsgər Abdullayev, Şakir Qəribov, Asim Xudiyev, Əbdülqəni Nurməmmədov, Şahin Diniyev, İsgəndər Cavadov, İqor Ponomaryov, Vaqif Sadıqov, Tərlan Əhmədov, Oqtay Abdullayev, Mehman Allahverdiyev, Vidadi Rzayev, Qurban Qurbanov, Samir Ələkbərov, Nazim Əliyev, Nazim Süleymanov, Arif Əsədov, Maşallah Əhmədov, Vəli Qasımov, Yaşar Vahabzadə, Asif Əliyev, Müşviq Hüseynov.
Məşqçilər: Ağasəlim Mircavadov, Səməd Qurbanov.
 
Beynəlxalq veteranlar yığması: Berti Foqts, Uli Ştayn, Dario Şimiç, Tomas Stepan, Edmar Bernardes Dos Santos, Bernd Şuster, Hakan Şükür, Duayt York, Abdullah Avcı, Rüştü Recber, Andrey Kançelskis, Revaz Arveladze, Arçil Arveladze, Leonid Buryak, Aleksandr Çivadze, Andrey Ziqmantoviç, Vaqiz Xidiyatullin, Tengiz Sulakvelidze, Kaxaber Sxadadze, Nikolay Boqdanov.
Məşqçilər: Berti Foqts, Con Toşak.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.