1 may 2013 14:31
“Ardayla Falkanonun meydana çıxıb-çıxmaması mənim üçün maraqsızdı”
“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
- “Atletico” ilə oyun haqda nə deyə bilərsiz?
- Yoldaşlıq oyunu olsa da, ciddi yanaşırdıq. Futbolçular üçün maraqlı oyun alındı. Birinci hissədə daha layiqli oyun nümayiş etdirdik. İkinci hissədə isə artıq gənclərə şans verildi.

- Onlar özlərini göstərə bildilər?
- İstəkli olduqları görünürdü. Bəziləri heç də pis təsir bağışlamadılar. Amma bütövlükdə müqayisə etməyə dəyəz. Axı biz İspaniya klubları qədər inkişaf etməmişik.

- Arda Turanla Falkaonun meydana çıxmamasını necə qarşıladınız?
- Bu, mənə maraqlı deyil.
- Bu oyuna Azərbaycan yığmasının üzvlərinin çıxması planlaşdırılmışdı. Elə olsaydı, nəticə fərqli ola bilərdi?
- Fikrimcə, hə. Şübhəsiz ki, yığmamız daha yaxşı təsir bağışlayardı və rəqibə daha layiqli müqavimət göstərərdi.

- Qarşıda sizi “İnter”lə çempionat oyunu gözləyir. Bu görüşdən nə gözləyirsiz?
- Çətin oyun olacaq. Özü də səfərdə oynayacağıq. Çalışacağıq ki, qələbə qazanaq.

- “Simurq”u qabaqlamaq üçün mütləq qələbə qazanmağınız lazımdı. Bunu bacara biləcəksiz?
- Bizim avrokuboklara çıxmaq üçün yeganə şansımız məhz dördüncü pilləni tutmaqdı. Bunun üçün də “İnter”i məğlub etməkdən başqa çıxış yolumuz yoxdu. “Simurq”la aradakı xal fərqini azaltsaq da, hələ onlara çatmamışıq. Amma “İnter”ə qalib gəlsək, buna nail olmaq üçün şans yaranacaq.

- Yəqin ki, eyni zamanda da “Simurq”un uduzmasını arzulayacaqsız?
- Əlbəttə. İndiki məqamda bir gözümüz də “Simurq”un nəticələrindədi.