1 may 2013 14:57
“AFFA sərt sanksiyalarla qarşılaşa bilər”
AFFA prezidenti Rövnəq Abdullayev “Turan” və “Kəpəz” klublarına növbəti mövsümdə elitada oynamaq üçün lisenziya verilməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları qeyd edib:
“Biz növbəti mövsümdə avrokuboklar və Azərbaycan Premyer Liqasında tələb olunan meyarları müəyyənləşdirdik. Bu meyarlara cavab verə bilməyən “Turan” və “Kəpəz” klublarına isə növbəti mövsüm üçün lisenziyanın verilməsi məqsədəuyğun sayılmadı. Hazırda beynəlxalq futbol təşkilatları klubların lisenziyalaşdırılması məsələsinə çox ciddi şəkildə yanaşır. AFFA bu məsələyə ciddi yanaşmasa, sərt sanksiyalarla qarşılaşa bilər. Bu səbəbdən asossiasiya rəhbərliyi yeni meyarlar müəyyənləşdirib”.
