1 may 2013 15:26

“Biz Azərbaycanda AFFA-nı və futbolu dəstəkləməkdən məmnunuq”

Xəbər verdiyimiz kimi, ölkəmizdə futbolun inkişafı, kütləviliyinin artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Bakcell şirkəti ilə "Bakcell Arena" əməkdaşlığı çərçivəsində birgə yeni layihəyə start verib. Azerisport.az xəbər verir ki, "Futbol Bakcell ilə" layihəsi AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır.
 
“ Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer layihə ilə bağlı fikirlərini bildirib: "Azərbaycanın futbol azarkeşləri "Bakcell"in futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss edir. Azərbaycanda futbolun inkişafını dəstəkləmək məqsədilə biz ötən ildən etibarən AFFA ilə sıx əməkdaşlığa başlamışıq. İlk dəfə FIFA U-17 Qadınlararası Dünya Çempionatının milli tərəfdaşlarından biri olaraq başladığımız uğurlu əməkdaşlıq daha sonra "Bakcell Arena" layihəsi ilə davam etdi. Biz Azərbaycanda AFFA-nı və futbolu dəstəkləməkdən məmnunuq. "Futbol Bakcell ilə" Azərbaycanda futbolun inkişafı baxımından olduqca əhəmiyyətli layihədir. İnanıram ki, yeni inşa edilmiş stadionlarda futbol oynayan uşaqlardan bəziləri gələcəkdə futbolçu kimi yetişəcək və ölkə futbolunun inkişafına öz töhvələrini verəcəklər. Bugünkü açılış mərasimində "Bakcell"in və Bakının möhtərəm bir qonağı da iştirak edir. Biz bu staidonun açılışını əməkdaşlıq etdiyimiz "Mançester Yunayted" klubunun əfsanəvi veteran oyunçusu Duayt Yorkla birlikdə edirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.