1 may 2013 16:17
Tyaqo: Bakının 0:3 hesabı ilə uduzması normaldı
İspaniyanın “Atletico” klubunun yarımmüdafiəçisi Tyaqonun azerisport.az saytına müsahibəsi
- “Bakı” ilə yoldaşlıq oyunu necə keçdi?
- Bu rəqibə qarşı oynamaq bizim üçün xoş idi. Qələbə qazandığımız üçün şadam. Yoldaşlıq oyunu olsa da, qələbə qazanmaq həmişə xoşdu. Bu oyun həm də gənc azərbaycanlı futbolçulara təcrübə qazanmaq baxımından yardımçı oldu.

- Birinci hissədə “Atletico”nun futbolçuları tez-tez ofsayda düşürdü. Buna görə hakimlikdən narazı deyilsiz?
- (gülür) Bu, bayram əhval-ruhiyyəli bir oyun idi. Ona görə də hakimlikdən şikayətlənməyə əsas yoxdu. Amma meydanda olanda, istər-istəməz əsəbləşirsən.

- Rəqibin heyətində kimin oyununu xüsusi qeyd edə bilərsiz?
- Lomandanın əsas hücumçusu ilə pleymeykeri xoşuma gəldi (Rauf Əliyev və Elvin Məmmədovu nəzərdə tutur – azerisport.az). Onların çıxışı daha çox diqqət çəkirdi.

- Sizcə, azərbaycanlı futbolçuların İspaniya futbolu səviyyəsinə çatması üçün nə qədər zaman lazımdı?
- Bir oyunla nəsə demək çətindi. Həm də bizə qarşı çoxlu gənc oyunçular çıxış edirdi. Amma əminəm ki, bu inkişafın davamı gəlsə, lazım olan səviyyəyə çatacaqsız.
- 3:0 yoldaşlıq oyunu üçün böyük hesab olmadı ki?
- Yox, normaldı (gülür).
- Yox, normaldı (gülür).
- Azərbaycana gəlməzdən öncə ölkəmiz, futbolumuz haqda nəsə bilirdiniz?
- Azərbaycan yığmasının son oyununa baxmışdım. Portuqaliyalılar üçün çox çətin idi. Qələbə qazansalar da, bunu asanlıqla əldə etmədilər.