1 may 2013 16:45
Tahir Gözəl Qarabağın formasını aldı (FOTOLAR)
Xəbər verdiyimiz kimi, “Qarabağ”ın yeni formaları Bakı şəhərində yerləşən “Bazarstore” super marketlər şəbəkəsində satışa çıxıb. Azerisport.az xəbər verir ki, Türkiyədə istehsal olunmuş geyim dəstləri fərqli rəngləriylə “Bazarstore”larda nümayiş olunur.
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov Gənclikdəki “Bazarstore”a baş çəkiblər. “Qarabağ”ın aksesuarları ilə tanış olan başqan alış-veriş etməyi də unutmayıb. Qurbanovla birlikdə şərf alan Tahir bəy eyni zamanda övladı üçün “Qarabağ”ın formasını da hədiyyə alıb.
