2 may 2013 19:14
Dario Şimiç: AFFA rəhbərliyi ilə çox gözəl münasibətlərim var
İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Dario Şimiç Azərbaycan və Avropanın veteran futbolçuları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun necə keçdi?
- Gözəl oyun idi. Komandanız özünü çox yaxşı tərəfdən göstərdi. Dərhal hiss olunur ki, onlar futbol oynamağı bacarırlar.

- Öncədən heç-heçəyə razılaşmışdınız?
- Şəxsən mənimlə bu barədə heç kim danışmamışdı. Amma bu, ənənədi. Belə görüşlər adətən heç-heçə bitir.

- Bu gün meydana çıxanlardan yollarınızın kəsişdiyi olmuşdu?
- Onlardan heç biriylə eyni komandada oynamamışdım. Amma Yorka qarşı vaxtilə oynamışdım. Bu gün isə bir komandada yer aldıq.
- Yorkun hazırkı forması xoşunuza gəldi?
- Düzünü deyim ki, o, məni xeyli təəccübləndirdi. Axı onun artıq 40 yaşı var. Əminəm ki, o, indi də hansısa çempionatlarda özünü çox yaxşı tərəfdən göstərməyi bacarardı. Azərbaycan yığmasının da heyətində bir neçə oyunçunun topla davranışı çox xoşuma gəldi.

- Siz əvvəllər belə oyunlarda iştirak etmişdiniz?
- İki dəfə. Amma çox istərdim ki, Bakıda belə oyunlar ənənəvi şəkildə keçirilsin. AFFA rəhbərliyi ilə çox yaxşı münasibətlərim var. Hər dəfə bura gəlməyim çox xoş olur. Çox istəyirəm ki, Azərbaycan futbolunun inkişafında mənim də payım olsun.