2 may 2013 21:54

Simurq hazırlıqları başa vurdu

Topaz Premyer Liqasının son 5 oyununda qələbəyə həsrət qalan “Simurq” sabah  29-cu tur çərçivəsində "Qəbələ"ni qonaq edəcək. Azerisport.az xəbər verir ki, saat 18:00-da start fiti veriləcək oyunda məlum qərarla cəzalandırılan baş məşqçi Georgi Çixradze yetirmələrinə tapşırıqlarını verə bilməyəcək. Rəqiblərin 18-ci duelində gürcü mütəxəssisi köməkçi məşqçi İqor Getman əvəzləyəcək.
 
Bu gün komanda son hazırlıqlarını da görərək, artıq istirahətə çəkilib. Hazırda Zaqatala təmsilçisinin "Qəbələ" ilə oyun öncəsi heyətində zədəli futbolçu yoxdu. Ancaq son oyunlarda əsas heyətdə özünə yer edə bilən gənc futbolçu Rəşad Eyyubov sarı vərəqə limitini keçdiyinə görə bu görüşdə meydana çıxa bilməyəcək. Turnir cədvəlində dördüncü pillədə qərarlaşan "Simurq" avrokuboklara getmək ümüdini itirməmək üçün, bu görüşdə mütləq qalib gəlməlidi. Həm də son oyunlardakı uğursuzluq sindromundan qurtulmaq üçün Zaqatala təmsilçisinə mütləq qələbə lazımdı.
 
Qeyd edək ki, komanda indiyənə qədər ümumilikdə "Qəbələ" ilə 17 dəfə üz-üzə gəlib. “Sarı-qaralar” cari mövsümdə bu komandaya məğlub olmasa da, doğma arenda keçirdiyi son 6 görüşdə rəqibini məğlub edə bilməyib. Hərəyə 6 dəfə meydanı qalib tərk edən rəqiblərin 5 görüşü heç-heçə ilə tamamlanıb. Ancaq top fərqində qonaqlar öndədirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.