3 may 2013 00:07
Dieqo Simeone İspaniyada Azərbaycandan danışdı
İspaniyanın “Atletico” klubunun baş məşqçisi Dieqo Simeone bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, Madrid təmsilçisinin çalışdırıcısı ispaniyalı jurnalistlərə Azərbaycana səfər, eləcə də “Bakı” ilə yoldaşlıq oyunundan (3:0) da danışıb:
“Azərbaycana səfər “Real”a 1:2 hesablı ağır məğlubiyyətdən sonra bizə çox kömək etdi. Hamımız bir yerdə olduq. Bu, bizə çox yardımçı oldu. Azərbaycan fantastik ölkədi. İnsanları çox xeyirxahdılar. Bütün bunlarla yanaşı biz orda yoldaşlıq oyunu da keçirdik və gənc futbolçularımızı sınaqdan keçirdik”.