2 may 2013 12:38
“Azərbaycanda çox yaxşı qapıçılar var”
Futbol üzrə Azərbaycan yığmasının qapıçılarla işləyən məşqçisi Uli Ştayn ötən gün baş tutan veteranlar arasındakı yoldaşlıq oyunundan sonra azerisport.az saytının bəzi suallarını cavablandırıb.
- Siz bir, sizi əvəzləyən Rüştü iki qol buraxdı. Oyunla bağlı təəssüratlarınız necədi?
- Şən oyun alındı. Burda kimin nə qədər qol buraxması önəmli deyildi. Əsas odu ki, hamımız meydana çıxdıq, nəyə qadir olduğumuzu bir daha nümayiş etdirdik.
- Neçə il idi oynamırdız?
- Qoyun hesablıyım (düşünür). Altı il. Sonuncu dəfə 2007-ci ildə meydana çıxmışdım. Həmin oyun da veteranların oyunu idi. Amma dəqiq kimlərlə oynadığımızı xatırlamıram.

- Yığmadakı işinizdən danışaq. Xəbəriniz var ki, qapıçı mövqeyini yığmamızda az qala ən yaxşılardan hesab edirlər?
- Bu, ona görədi ki, bizdə çox yaxşı qapıçılar var.

- Bu, həm də sizin işinizin bəhrəsi sayıla bilər?
- Gəlin ayrılıqda kimisə tərifləməyək. Sadəcə Azərbaycanda həqiqətən çox yaxşı qolkiperlər var.

- Yəqin ki, bir nömrə mübahisəsiz Kamran Ağayevdi?
- Hazırda bəli, elədi. O, öz səviyyəsini təsdiqləyib. Biz çox şadıq ki, o, özünə komanda tapa bildi. Ümid edirəm ki, o, “Bakı”da daha da artıra biləcək.

- Ona əsas rəqib kimi görürsüz?
- Səlahət Ağayev çox xoşuma gəlir. “Neftçi”dəki Emil də yaxşı təsir bağışlayır. Amma o, öz üzərində daha çox çalışmalıdı. Eyni zamanda Kamran da dərk etməlidi ki, hələ pik nöqtəsinə çatmayıb.