2 may 2013 13:23
Ponomaryov: Sumqayıtdan təklif almamışam
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov klublarımızdan təklif almasına dair xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Eşitmişəm ki, guya mənimlə hansısa klublar maraqlanır. Amma rəsmi olaraq mənə heç bir təklif ünvanlanmayıb. “Sumqayıt”dan da təklif almamışam. Bir gün sonra İsveçə qayıdıram. Ayın sonunda isə yenidən Azərbaycana gəlməyi planlaşdırıram”.