2 may 2013 13:45
Vəli Qasımov: York Premyer Liqamızda çıxış edə bilər
Veteran futbolçumuz Vəli Qasımov Avropadan olan həmkarlarına qarşı keçirilmiş yoldaşlıq oyunundan sonra azerisport.az saytına müsahibə verib.
- Oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- Mənim üçün bu oyunda iştirak etmək çox xoş oldu. Çoxdan idi bu səviyyədə bir oyunda çıxış etmirdim. Xeyli ulduz futbolçular bir araya gəlmişdi və kifayət qədər yaxşı oyun sərgilədilər. Oyundan çox həzz aldım.
- Siz meydanda ən yaxşılardan idiniz. Deyəsən, mütəmadi məşq edirsiz...
- Siz meydanda ən yaxşılardan idiniz. Deyəsən, mütəmadi məşq edirsiz...
- (gülür) Çalışıram formada qalmaq üçün məşq edim.
- İki qol da vurdunuz...
- Belə alındı. Meydana çıxırsansa, qol vurmaq lazımdı (gülür).
- Qarşılaşma 3:3 hesabıyla başa çatdı. Belə razılığa gəlmişdiniz?
- Danışılmış oyunları deyə bilmirəm. Amma bu, şou xarakterli qarşılaşma idi. Bunu azarkeşlər üçün oynayırıq.
- Danışılmış oyunları deyə bilmirəm. Amma bu, şou xarakterli qarşılaşma idi. Bunu azarkeşlər üçün oynayırıq.
- Bizim veteranlar ikinci hissədə Berti Foqtsun yer aldığı sol cinahdan daha çox hücumlar qururdu. Bununla onu işsiz qoymağa çalışırdınız?
- Şəxsən mən Fotqsu aldatmırdım. Heç kiminsə bunu etmək istədiyini də düşünmürəm. Amma bu, futboldu və hər kəs özünü göstərmək istəyir. Özü də belə oyunlarda.
- Kimə qarşı oynamaq daha çox xoş idi?
- Meydanda dünya futbolunun xeyli ulduz oyunçusu var idi. Yorka, Çivadzeyə, Şusterə qarşı oynamaq çox maraqlı oldu. Bernd Şuster yavaş hərəkət edirdi, amma səviyyə nümayiş etdirirdi.
- Meydanda dünya futbolunun xeyli ulduz oyunçusu var idi. Yorka, Çivadzeyə, Şusterə qarşı oynamaq çox maraqlı oldu. Bernd Şuster yavaş hərəkət edirdi, amma səviyyə nümayiş etdirirdi.
- Rəqibin heyətində ən yaxşı ola York sizcə Azərbaycan çempionatında çıxış edə bilər?
- Fikrimcə, hə. O, karyerasını yenicə başa vurub. Hiss olunur ki, hələ də yaxşı formadadı.
- Fikrimcə, hə. O, karyerasını yenicə başa vurub. Hiss olunur ki, hələ də yaxşı formadadı.
