2 may 2013 14:05

"Onlar yaxın gələcəkdə Azərbaycan futbolu naminə daha böyük nailiyyətlər qazanacaqlar”

“Neftçi”nin icraçı direktoru Mübariz Xudiyev klubun fəxri prezidenti Aqil Paşayevin xatirəsinə həsr olunmuş turnirlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları dilə gətirib:
 
“Bu gün “Neftçi” rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının özülündə uşaq, yeniyetmə və gənc futbolçuların yetişdirilməsi dayanır. Klub prezidenti Sadıq Sadıqov əsas heyətlə yanaşı aşağı yaş qruplarında çıxış edən komandaların vəziyyəti ilə mütəmadi şəkildə maraqlanır. 1997-ci ildə “Neftçi”nin prezidenti olmuş Aqil Paşayevin xatirə turnirinin təşkil olunmasını bu mənada təqdirə layiq hal kimi qarşılayırıq. Turnirin əsasnaməsinə görə qələbə uğrunda 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar mübarizə aparıb. Nəticə etibarilə yarış uşaq futbolunun tərəqqisinə xidmət edir. Bu gün “Neftçi” məktəbi əsas heyət və milli komanda üçün Araz Abdullayev, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Tərlan Quliyev, Elvin Yunuszadə, Emin Mehtiyev və Emil Balayev kimi gənc futbolçular yetişdirib. Yaxın gələcəkdə bu siyahıya Elşən Abdullayev, Fəhmin Muradbəyli kimi futbolçular da qoşulacaq. Bununla yanaşı futbolçularımız müxtəlif yaş qrupları üzrə milli komandaların heyətinə cəlb olunur. Ümid edirik ki, onlar yaxın gələcəkdə Azərbaycan futbolu naminə daha böyük nailiyyətlər qazanacaqlar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.