2 may 2013 14:22
Rəşad Abdullayev: Yayda Qəbələdən ayrılacağam
“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Abdullayev bu yay bölgə klubu ilə yollarını ayıracaq. Bunu azerisport.az saytına müsahibəsində təcrübəli futbolçu özü bəyan edib:
“Mən “Qəbələ”dən getmək istəyirəm. Amma bu, maliyyə məsələsi ilə bağlı deyil. Buna görə komandadan getməzdim. Sadəcə, bu yaxınlarda bir azarkeş tribunadan qışqırdı ki, niyə oynamırsız. Mən də ona cavab verdim. Təbii ki, kobud şəkildə yox. Amma istər-istəməz azarkeşlərin bu cür münasibəti mənə çox pis təsir etdi. Məhz buna görə qərara gəldim ki, “Qəbələ”dən ayrılım. Hələlik bunu rəhbərliklə müzakirə etməmişəm. Şübhəsiz ki, təkliflər də var. Hələ qışda paytaxt klublarından mənimlə maraqlananlar var idi. Komandamın həledici oyunlarının olmasını nəzərə alıb, həmin təkliflərdən imtina etdim. Komandadan gedəcəyimi mövsüm başa çatandan sonra bəyan etmək istəyirdim. Amma dediyim hadisə hər şeyi dəyişdi”.