2 may 2013 15:11
Sumqayıt Rəvanla oyuna 2 itki ilə hazırlaşır
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində Bayıl Arenada "Rəvan"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün səhər məşqinə çıxan komanda daha çox topla çalışmalara üstünlük verib.
Son turda "Kəpəz"lə qarşılaşmada zədələnən Pərdis Fərcad-Azad hələki məşqlərə qatılmır. Bir müddət əvvəl əməliyyat olunan Orxan Əliyev isə artıq yüngül məşqlərə başlayıb. Bundan başqa, əvəzedici komandanın üzvü Süleyman Piriyev əsas komanda ilə birlikdə hazırlaşır.
Qeyd edək ki, "Sumqayıt" - "Rəvan" oyunu mayın 4-də Bayıl Arenada saat 17:00-da start götürəcək.
