2 may 2013 15:32

Georgi Çixradze: Mən yalnız ailə üzvlərimin niyə təhqir olunduğunu aydınlaşdırmaq istəyirdim

“Simurq”un baş məşqçisi Georgi Çixradzenin azerisport.az saytına müsahibəsi
 
- Öncə, “Bakı” ilə oyundan sonrakı münaqişədən danışaq. Orda nə baş verdi?
- Bu oyun hər iki komanda üçün çox vacib idi və gərgin keçrdi. Matçdan sonra belə bir münaqişənin yaşanması heç də xoş deyildi. Bu stadionda tribunalar meydançaya çox yaxındı. Ona görə də 90 dəqiqə ərzində bizim ünvanımıza səsləndirilən bütün söyüş və təhqirləri eşidirdik. Lakin bunlara fikir vermirdik. Oyundan sonra köməkçimlə durub söhbət edirdik, məğlubiyyəti müzakirə edirdik. Elə həmin vaxt bir nəfərin mənim ünvanıma söyüşlər səsləndirdiyini eşitdim. Buna görə də tribunaya yaxınlaşdım ki, onun məni təhqir etməsinin səbəbini soruşum. Bu, çox pis situasiya idi.
 
- Mətbuatda sizin həmin azarkeşi vurduğunuz yazılır...
- Mən heç kimi vurmamışam. Bizi ayırdılar. Özünüzü mənim yerimə qoyun. Nə etməliydiniz ki? Belə bir eybəcərə mənim yaxınlarımı təhqir etməyə imkanmı verməliydim? Özü də həmin şəxs içkili idi və “Simurq”un azarkeşləri ilə heç bir əlaqəsi yox idi.
 
- 10 oyunluq cəzalandırılmısız. Cəzanızın yüngülləşdirilməsi üçün şikayət edəcəksiz?
- Mən bu cəzanın ədalətsiz olduğunu düşünürəm. Belə bir cəzanın verilməsi üçün ciddi arqumentlər ortaya qoyulmalı idi. O, mənim ailə üzvlərimi təhqir etdi. Mən də sadəcə bunun səbəbini öyrənməyə çalışırdım. Həmin şəxs məni təxribata çəkdi və tribunaya qalxmağıma səbəb oldu. Mən çalışdığım ölkənin bütün azarkeşlərinə hörmətlə yanaşıram. Burda çoxlu dostlarım var. Amma bu hadisə mənə çox pis təsir etdi.
 
- Baş verən olaylar komandaya nə dərəcədə təsir göstərib?
- Biz çətin vəziyyətdən çıxmağa çalışırıq. Oyunlara qədər komanda ilə birgə olacağam. Qalanını isə köməkçilərim edəcək. Əminəm ki, buna görə problemlə üzləşmərik.
 
- “Qəbələ” ilə qarşıdakı oyundan nə gözləyirsiz?
- Çempionatın sonu olduğundan bütün oyunlar çətin keçir. “Qəbələ”nin düşərgəsində dəyişikliklər olub. Komandanın yaxşı legionerləri, gənc futbolçuları var. Bizim hədəfimiz isə çempionatı dördüncü pillədə başa vurmaqdı.
 
- “Simurq”un Avropa Liqasına getməsi üçün dördüncü pilləni tutması yetərli olmayacaq. Gərək “Qarabağ” və ya “İnter”in çempion olmasını, “Neftçi”nin isə kubokun finalında qalib gəlməsini arzulayasız. Digər komandalara azarkeşlik etməli olacaqsız?
- Məcburuq. Lakin yenə də deyirəm ki, hər şeydən öncə, özümüz dördüncü pilləni tutmalıyıq. Məhz bundan sonra kiməsə azarkeşlik etməyin lazım olub-olmadığını biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.