2 may 2013 16:43
AFFA Turana da lisensiya verə bilər
Məlum olduğu kimi, bir neçə gün öncə AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirildi. Azerisport.az xəbər verir ki, iclasda UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən 16 klubun (8 UEFA klub yarlşlarında, 8 isə Premyer Liqa klub yarlşlarında) sənədlərinə baxıldı.
Sonda “Kəpəz”, “Turan”, "Qaradağ Lökbatan", "Ağsu", “Neftçala” və “Lokomotiv”in Azərbaycan Premyer Liqasının 2013-2014 mövsümündə iştirak etməklə bağlı müraciətləri təmin olunmadı. Lakin lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10-gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər. Bu üzdən də Tovuz klubu müvafiq quruma yenidən müraciət ünvanlayıb. Mümkündü ki, AFFA Tovuz klubu ilə bağlı qərarını dəyişsin.
