2 may 2013 16:21
Qətər Azərbaycana qarşı: vaxt və məkan bəlli oldu
Xəbər verdiyimiz kimi, mayın 29-da Doha şəhərində Azərbaycan və Qətər milli komandası arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmanın keçiriləcəyi stadion və oyunun başlanma vaxtı müəyyənləşib.
Qətər - Azərbaycan oyunu Al-Saad klubunun stadionunda keçiriləcək və yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə saat 17:15) başlayacaq.
