2 may 2013 17:05

Bakı Bojidar Bandoviç ilə yayda yollarını ayıracaq

“Bakı” rəhbərliyi komandanın cari mövsümdəki çıxışından narazı qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi artıq komandanın üzvlərini ölkə kubokunun “Xəzər Lənkəran”la cavab oyunundakı məğlubiyyətə (0:2) görə cərimə edib.
 
Çünki ilk oyunda 1:0 hesabıyla qalib gəlməsinə baxmayaraq, ümumi nəticə lənkəranlıların xeyrinə olduğundan “zolaqlılar” kubokla vidalaşmışdılar. Belədə Avropa Liqasına vəsiqə üçün böyük ümidlərlə baxdıqları kubokda da uğursuzluqla üzləşən “Bakı” rəhbərliyi indi bütün ümidini Premyer Liqada dördüncü yeri tutmağa bağlayıb.
 
Lakin hətta buna nail olacaqları halda da paytaxt klubunun avrokubok istəkləri dərhal gerçəkləşməyəcək. Çünki “Bakı”nın avrokuoklara vəsiqə qazanması üçün “Qarabağ” və ya “İnter”dən birinin çempion olması, eyni zamanda “Neftçi”nin kubokun finalında qalib gəlməsi lazım gələcək.
 
Bütün bu uğursuzluqlar yayda komandada ciddi dəyişikliklərin baş verəcəyinə bir işarə sayıla bilər. Klub rəhbərliyi elə “Xəzər Lənkəran”la görüşdən dərhal sonra əksər futbolçuların yayda göndəriləcəyini bəyan etmişdi. Eyni zamanda baş məşqçi Bojidar Bandoviçin də postundan getməsi istisna olunmur. Bunu saytımıza açıqlamasında klubun baş meneceri Zeynal Məmmədov da təsdiqləyib:

“Hazırda hələ heç kim baş məşqçi dəyişmək haqda düşünmür. Mövsümün gedişində belə bir addım atmaq yanlışlıq olar. Bu məsələ ilə bağlı mövsümün sonunda qərar verəcəyik. Mümkündü ki, serbiyalı mütəxəssis komandanı tərk etsin. Hələ komandanın avrokuboklara düşmək şansı qalır. Ona görə də gözləmək lazımdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.