3 may 2013 01:59
Avropa Liqasında finalın adı: Benfika - Çelsi (YENİLƏNİB)
Bu gün Avropa Liqasında finalçıların adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, yarımfinal mərhələsinin hər iki cavab oyunu eyni gündə baş tutub.
“Benfica” ilk oyunda 0:1 hesabı ilə yenildiyi Türkiyənin “Fenerbahçe” klubunu qəbul edib. Portuqaliya təmsilçisi 3:1 hesabıyla qalib gələrək finala yüksəlib. “Chelsea” isə 2:1 hesabı ilə udduğu “Basel”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada hesabı qonaqlar açsa da, ikinci hissənin əvvəlində, 9 dəqiqə ərzində üç qol vuran İngiltərə klubu sürprizə imkan verməyib və finala çıxıb.
UEFA Avropa Liqası
Yarımfinal (cavab oyunları)
2 may
Benfica (Portuqaliya) – Fenerbahçe (Türkiyə) - 3:1 (2:1)
Qollar: Qaytan, 9, Kardoso, 35; 66 - Kuyt, 23-pen.
Chelsea (İngiltərə) – Basel (İsveçrə) - 3:1 (0:1)
Qollar: Torres, 50, Moses, 52, D.Luis, 59 - Salah, 45.
