2 may 2013 17:57
Qarabağ azarkeşlərindən aksiya (FOTO)
“Qarabağ”ın yeni formaları satışa çıxar-çıxmaz azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb. Azerisport.az xəbər verir ki, artıq Bakıda bütün “Bazarstore”larda satışa çıxan geyim dəstləri tükənmək üzrədi.
Bu gün azarkeşlər tərəfindən daha bir maraqlı layihə həyata keçirilib. Belə ki, ağdamlı tərəfdarlar toplanaraq Gənclikdəki “Bazarstore”a üz tutublar. “Qarabağ” formaları alan bir qrup gənc məqsədlərinin insanlarda “Qarabağ” formasına olan marağın kütləliviliyini təmin etmək olduğunu bildiriblər. Onlar yeni formaları ilə şəhərdə gəzərək “Qarabağ”ın təbliğatı üçün çalışacaqlarını ifadə ediblər.
