3 may 2013 18:03
Qarabağ - Neftçi oyununun biletləri satışa çıxdı
Topaz Premyer Liqanın 29-cu turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, azarkeşlər biletləri Tofiq Bəhramaov adına Respublika stadionunun kassalarından ala bilərlər.
Biletlərin qiyməti 2 manatdı. Paytaxt klubunun azarkeşləri 1, 2 və 3-cü sektorlara bilet ala bilərlər. Ağdam klubunun üzvləri isə 12, 13, 16 və 17-ci sektorlarda qərarlaşacaqlar.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu sabah mərkəzi arenada keçiriləcək və saat 19:00-da start götürəcək.
