3 may 2013 19:05
Rəvan Sumqayıt hazırlığını baş vurdu
"Rəvan” Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində sabah qarşılaşacağı "Sumqayıt”la oyuna hazırlığı başa vurub. Azerisport.az xəbər verir ki, komanda bu gün keçirilən məşqi başa vurduqdan sonra oyun saatını gözləməyə başlayıb.
Matç öncəsi son hazırlıqda baş məşqçi Ramil Əliyev futbolçuları çox yormayıb. Yüngül qaçışdan sonra sadə təmrinlər yerinə yetirən oyunçular ardından toplu çalışmalara vaxt sərf edib. Məşqin sonluğu isə qapıya zərbələr üzərində işləməyə həsr edilib.
Nikolay Orlovski yenə ümumi qrupdan ayrı məşq edib. Ayağında zədəsi olan moldovalı müdafiəçinin oynayıb-oynamayacağı matç günü müəyyənləşəcək. Amma komandanın həkimi Ceyhun Əliyev Nikolayın meydana çıxmaq şansının az olduğunu bildirib. Digər tərəfdən, Orlovski oynamasa belə, Orxan Lalayev onu əvəzləməyə tam hazırdı. Gənc müdafiəçi vərəqə limitini doldurduğuna görə üzləşdiyi 1 oyunluq cəzasını başa vurub və meydana çıxmağa can atır.
Sonda onu da qeyd edək ki, sabah keçiriləcək oyun "Bayıl stadionu”nda baş tutacaq və saat 17:00-da başlayacaq. (klub saytı)
