3 may 2013 19:38
“Qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağıq”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 29-cu turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Turan”la oyunlarımız həmişə çətin olur. Bugünkü “Turan” daha istəkli idi, daha aqressiv oynayırdı. Rəqib Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Biz də hər oyunda qələbə qazanmaq üçün oynayırıq. Qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağıq”.
