3 may 2013 19:43
“Turanın aqibəti heç kimi maraqlandırmır”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 29-cu turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mənə elə gəlir ki, “Turan”ın aqibəti heç kimi maraqlandırmır. Hər mövsüm belə olur. Hər bir komandanın əsas üstünlüyü doğma meydanda oynamasıdır. Biz isə bundan məhrumuq. Futbolçuların fiziki gücü yoxdur, oyuna normal hazırlaşa bilmirik. AZAL azlıqda qalsa da, 5 dəfə əks-hücumda qapımıza qol vura bilərdi. Vəziyyətimiz çətindir, lakin sonadək mübarizə aparacağıq”.
