3 may 2013 20:34
“Çox vacib 3 xal qazandıq”
“Simurq”un məşqçisi İqor Getman Topaz Premyer Liqasının 29-cu turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox vacib 3 xal qazandıq. İlk hissədə istədiyimiz nəticəni əldə edə bilmədik. Lakin ikinci hissədə etdiyimiz əvəzetmələr oyunumuza müsbət təsir etdi. Futbolçuları təbrik edirəm, Avroliqaya vəsiqə uğrunda vacib qələbə qazandıq”.
