3 may 2013 21:28
Con Toşak: Qələbəyə layiq idik
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 29-cu turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibin ən güclü oyunçusu qapıçısı idi. Komandamız bugünkü oyunda qalib gəlməyə layiq idi. Buna baxmayaraq, yaratdığımız bir çox qol imkanından istifadə edə bilmədik. Heyətin 5-6 futbolçusu zədə səbəbindən bu gün bizə kömək edə bilmədi”.
