3 may 2013 21:33
“Bacardığımız qədər mübarizə apardıq”
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 29-cu turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bacardığımız qədər mübarizə apardıq. Var gücümüzü ortaya qoyduq. Təəssüf ki, bizdə bacarıqlı, təcrübəli hücumçu yoxdu”.
