3 may 2013 12:08
Yığmamızdan 6 qolluq qələbə
AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Rəvan" klubunun nəzdindəki iki yaş qrupuna (U-19, U-17) daxil olan futbolçuların birləşmiş komandası ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 6:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
U-17-nin heyətində Elnur Cəfərov və Umar Akmurzayev dubl edib. Hərəyə 1 dəfə isə Sərtan Taşkın və Emil Həsənzadə fərqlənib.
