3 may 2013 12:17
Azərbaycan – Makedoniya matçının yeri və vaxtı açıqlandı
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi ilk oyunun başlanma vaxtı və stadion müəyyənləşib. Azerisport.az xəbər verir ki, yığmamız iyunun 8-də, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Makedoniya komandası ilə qarşılaşacaq.
Oyun saat 18:00-da başlayacaq.
Xatırladaq ki, yığmamızın mübarizə aparacağı 8-ci qrupdakı digər rəqibləri İsrail, Portuqaliya və Norveç komandalarıdır.
