3 may 2013 12:26
AFFA Bakıda futzal turniri keçirəcək
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Odlar Yurdu təşkilatının birgə təşkilatçılığı ilə mayın 4-də və 5-də Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futzal turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə "Araz", "Neftçi" İSM, "Ekol" və İngiltərədə yaşayan azərbaycanlılardan təşkil olunmuş "Baku United" (London) klubları iştirak edəcək.
Turnirin təqvimi aşağıdakı kimidi:
4 may
Saat 18:00. "Araz" - "Ekol"
Saat 20:30. "Baku United" - "Neftçi" İSM
5 may
III yer uğrunda oyun və final
