3 may 2013 13:14
Qarabağdan daha bir aksiya (FOTOLAR)
Futbolun kütləviliyi naminə daim fərqli tədbirlər həyata keçirən “Qarabağ” daha bir möhtəşəm layihə həyata keçirib. Azerisport.az xəbər verir ki, ölkənin ən böyük alış-veriş mərkəzlərindən sayılan “Park Bulvar”da klub tərəfindən promo-aksiya keçirilib.
Belə ki, alış veriş mərkəzində qurlaşdırılmış “Qarabağ”a məxsus stenddə Premyer Liqada baş tutacaq “Qarabağ” – “Neftçi” matçıyla bağlı təbliğat aparılması ilə yanaşı vətəndaşlara “Qarabağ” aksesuarları qazanmaq şansı yaradılıb. Belə ki, “Qarabağ”la bağlı bir suala cavab verən şəxs “Qarabağ” – “Neftçi” oyununa bilet əldə etməklə bərabər klubun şərfini, formasını, şapkasını və s. qazanır.
AVM- də böyük diqqət cəlb edən layihədə “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl də iştirak edib. Hətta 1 suala cavab verərək simvolik olaraq “Qarabağ” – “Neftçi” görüşünə bilet də əldə edib.
