3 may 2013 13:24
Erik Ramos: Qarabağla oyun vacib olsa da, həlledici deyil
“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mövsüm sona yaxınlaşdıqca çempionatın gərginliyi daha da artır. Artıq marafonun sonuna yaxınlaşırıq. Bütün oyunlara maksimum nəticə qazanmaq üçün çıxmalıyıq. Qarşıdakı matçlarda xal itkisinə yol vermək olmaz. İlk pillədə olmağımız bizi arxayınlaşdırmır. “Qarabağ”la oyun vacib olsa da həlledici deyil. Onu deyim ki, rəqibimiz güclü komandadı. Hələ bu oyundan sonra çempionatın bitməsinə 3 tur qalacaq. Həm fərdi, həm də komanda şəklində güclüyük. Çempionat bitəndən sonra kubokun finalı haqda düşünəcəyik. Bu yerə qədər gəlmişiksə, dayanmaq niyyətimiz yoxdu. Qızıl dubl etmək şansımız var.Komandanın fiziki-taktiki cəhətdən güclü olması kifayət etmir. Qələbələrimizin əsasında həm də komandadakı əhval-ruhiyyə dayanır. Burada bir ailə, bir yumruq kimi birləşmişik. “Neftçi”də oynamaq o deməkdir ki, sənə böyük etimad göstərirlər və biz bu etimadı sona kimi doğrultmalıyıq. Qarşıdakı görüşlərdə də güclü azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, onlar da bizi tək buraxmayacaq”.
