4 may 2013 01:14

Qurban Qurbanov: Taleyimiz hələ öz əlimizdə deyil

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi

- “Neftçi” ilə oyuna necə hazırlaşa bilmisiz?
- Hazırlıqlar plan üzrə gedir. Təəssüf ki, itkilərimiz var. Lakin bu, bizim mövsümdəki ən vacib oyuna köklənməyimizə mane olmamalıdı. “Qarabağ” bu oyundan qalib ayrılmaq istəyir. Elə oynamalıyıq ki, itkilərim özünü hiss etdirməsin.
 
- Bu mövsüm üç dəfə “Neftçi”yə qalib gələ bilmisiz. Rəqibi nə dərəcədə yaxşı analiz edə bilmisiz?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Qarşıdakı oyun əvvəlkilərdən fərqlənəcək. Mən şadam ki, futbolçularımız “Neftçi” ilə oyunlarda özlərini yaxşı hiss edirlər, ələ düşən qol epizodlarını dəyərləndirə bilirlər.

- “Neftçi”nin əsas silahı Nikolas Kanalesdi. Siz də bununla razısız?
- Təkcə Kanalesə diqqət ayırmaq olmaz. “Neftçi”nin heyətində parlaq oyun sərgiləyən futbolçular çoxdu. Araz Abdullayev də son dövrlər yaxşı təsir bağışlamaqdadı. Rəşad Sadiqov yeni səviyyəyə yüksəlib. Ona görə də “Neftçi”yə qarşı komanda olaraq sona kimi mübarizə aparmalıyıq.
 
- Əvvəlki üç çempionat oyunundakı qələbə futbolçularınıza psixoloji baxımdan yardımçı ola bilər?
- Biz hər oyuna ayrıca köklənirik. Mümkündü ki, bunun müsbət təsiri olsun. Amma mən komandamın nəyə görəsə arxayınlaşmasını istəmirəm. Uşaqlar başa düşməlidilər ki, qələbə bizi çempionluğa yaxınlaşdıracaq.

- Bəs məğlub olsaz?
- Elə olan halda çempionluq şanslarımız çox da yüksək olmayacaq. Hələ taleyimiz öz əlimizdə deyil. Ona görə də bizə aid olmayan şey haqqında düşünməməliyik.

- Heç-heçə də sizi qane etməyəcək?
- Bu, oyunun gedişatından asılı olacaq. Bir xalı həm qazanılmız saya bilərik, həm də iki xal itkisi kimi. Amma şəxsən mən heç-heçə haqda düşünmək istəməzdim. Bizə qələbə qazanmaq lazımdı.
 
- “Neftçi”yə kubokdakı məğlubiyyəti unuda bilmisiz?
- Kubok ayrıca söhbətin mövzusudu. Biz öz səhvlərimizdən nəticə çıxarmışıq. Çalışacağıq ki, həmin səhvləri təkrarlamayaq. Meydana qələbə üçün çıxacağıq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.