4 may 2013 21:45
Ruslan Abışovsuz Rubin Anji ilə bacarmadı (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Anji” ilə qarşılaşıb.
Oyun rəqib meydanında keçirilirdi. Bu üzdən də həmyerlimizin komandasını çox çətin sınaq gözləyirdi. Gözlənildiyi kimi, Mahaçqala klubu "Rubin"ə heç bir şans verməyib.
Baş məşqçi Kurban Berdıyevin hələlik yalnız bir oyunda meydana buraxdığı Ruslan Abışovun bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Yığmamızın üzvü matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Rubin” 27 turdan sonra turnir cədvəlində 44 xalla 4-cü yeri tutur.
Rusiya Premyer Liqası
27-ci tur
4 may
Anji - Rubin - 2:1
