5 may 2013 00:49
Elhad Nəzirisiz Petroluldan xal itkisi (YENİLƏNİB)
Rumıniyanın “Petrolul” klubu ölkə çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 29-cu tur çərçivəsində “Drobeta Turnu” ilə qarşılaşıb.
Qarşılaşma rəqib meydanında keçirilib. Bu üzdən də “Petrolul” çətin sınaqdan qalib ayrıla bilməyib. Tərəflər sülhə razılaşıblar. Elhad bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, “Petrolul” 29 oyundan sonra topladığı 53 xalla 3-cü pillədə qərarlaşıb.
Rumıniya çempionatı
29-cu tur
4 may
Drobeta Turnu – Petrolul - 2:2
