4 may 2013 19:37
Ramil Əliyev darmadağını şərh etdi
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 29-cu turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:4 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib komandaya bugünkü oyunda xal daha çox lazım olduğu üçün bizdən daha istəkli və aqressiv oynadılar. Samuel Barlayın qırmızı vərəqə almasından sonra oyun bizim üçün artıq bitdi. Qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.
