4 may 2013 19:44
“Qələbəmizdən daha çox oyunçuların taktiki gedişləri düzgün yerinə yetirməsinə sevinirəm”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 29-cu turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 4:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamı təbrik edirəm, qələbə qazandığımız üçün şadam. Bundan da çox futbolçuların taktiki gedişləri düzgün yerinə yetirdiklərinə sevinirəm. Oyunun əvvəlindən sonuna kimi üstün idik. Komandam aqressiv oynadı, rəqibin iki futbolçusu qırmızı vərəqə aldıqdan sonra bizə daha asan oldu. Qol vurandan sonra müdafiədə bəzi səhvlər buraxdıq, “Rəvan” oyunda dönüş yarada bilərdi”.
