4 may 2013 21:52
Qurban Qurbanov: Sona kimi mübarizə apardıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 29-cu turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Məğlub olduq. Lakin futbolçularıma təşəkkürümü bildirirəm. Onlar sona kimi mübarizə apardılar. Azarkeşlərimizə də təşəkkürümüzü bildirirəm, məğlub vəziyyətdə olmağımıza baxmayaraq, bizi axıradək dəstəklədilər. Qarşıdakı oyunlara komandanı psixoloji cəhətdən hazırlamaq lazımdı”.
