4 may 2013 22:00
Böyükağa Hacıyev: Bu gün nəticəyə oynadıq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 29-cu turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox çətin oyun oldu. Futbolçularıma təşəkkür edirəm, özlərində güc tapıb oyunda iki qol vurdular. Bu gün nəticəyə oynadıq. Qarşıda daha üç tur var, hər şey ola bilər. Çempionluq uğrunda böyük addım atdıq. Turnir cədvəlində “Qarabağ”dan 6 xal irəlidəyik. Bir günlük istirahətdən sonra növbəti oyuna hazırlaşacağıq”.
