5 may 2013 00:05

Simurq Neftçi ilə matçın hazırlıqlarına istirahətsiz başladı (FOTOREPORTAJ)

"Qəbələ" ilə görüşdə vacib qələbə qazanan "Simurq" ara vermədən "Neftçi" ilə oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, ötən gün səhər saatlarında çalışmalara start verən “sarı-qaralar”ı əvvəlcə baş məşqçi Georgi Çixradze ətrafına yığaraq ənənəvi söhbət edib, qələbə münasibətilə təbrik edib və tapşırıqlarını verib.
 
Daha sonra futbolçular iki qrupa bölünərək hazırlıqlara başlayıb. Əsas heyətdə meydana çıxanlar yüngül qaçış və isinmə hərəkətləri ilə məşqi tamamlayaraq istirahətə çəkilib. Digərləri isə fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetiriblər. Sonda isə iki qrupa bölünərək ikitərəfli futbol oynayıblar. Dünən ikinci qolda zədələnərək məcburi əvəzlənən oyunun qəhrəmanı Nicat Qurbanovda bu günkü hazırlıqda iştirak edib.  
 
Qeyd edək ki, komanda növbəti turda "Neftçi"nin qonağı olacaq. Bu görüşdə sarı vərəqə limitini keçən İlkin Qırtımov forma geyinə bilməyəcək. Onunla yanaşı Nicat Qurbanov və Eyyub Əliyev də paytaxt klubundan icarə əsasında heyətə qatıldığından müqavilə şərtlərinə uyğun olaraq meydana çıxa bilməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.