5 may 2013 00:17

Neftçi çempio…

Topaz Premyer Liqasında 29-cu tur da artıq geridə qaldı. Azerisport.az xəbər verir ki, hesabat turu yeni çempionun kim olacağına dair suallara böyük ölçüdə aydınlıq gətirmiş oldu.
 
Tura şənbə günü “Dalğa Arena”da start verildi. Burda “Turan” AZAL-la qarşılaşdı. “Təyyarəçilər” Franko Nildonun ilk yarıda vurduğu iki qola qələbə qazandı. İlk yarının son saniyələrində Cavid Tağıyev qırmızı vərəqə alaraq, AZAL-ı azlıqda qoysa da, “Turan” say üstünlüyündən yararlana bilmədi. Nəticədə Tovuz klubunun elitada qalmaq şansları bir qədər də azaldı. AZAL isə mövsümü ikinci altılığın lideri kimi bitirəcəyini rəsmiləşdirdi.

Son dövrlər qələbəyə həsrət qalan “Simurq” Zaqatalada “Qəbələ” ilə qarşılaşdı. Bu oyun hər iki komandanın Avropa Liqası üçün onsuz da az olan şansları baxımından əhəmiyyətli idi. Çünki hər iki komanda dördüncü pilləni tutub və çempionluqla kubokun taleyinin həll olunmasını gözləmək istəyindəydi. “Simurq” artıq 5 turdu qələbə qazana bilmirdi. “Qəbələ” isə 7 turda aktivinə cəmi 3 xal yaza bilmişdi. Georgi Çixradze cəzalı olduğundan “Simurq”u meydana çıxaraq İqor Getman komandaya qələbə qazandıra bildi. “Qəbələ”nin qapısına hər iki qolu Nicat Qurbanov vurdu.
 
İlk oyun gününə Lənkəranda yekun vuruldu. Kubokun finalına çıxan “Xəzər Lənkəran” çempionatın aşkar autsayderi “Kəpəz”i qəbul etdi. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı. “Xəzər Lənkəran”a 3 xal gətirən qola Sadio Tounkara imza atdı.
 
İkinci oyun günündə “Sumqayıt” – “Rəvan” oyunu ilə start verildi. Qarşılaşmada hesabı meydan sahiblərindən Taner Taktak açdı. 4 dəqiqə sonra Xuan Manuel Varea tarazlığı bərpa etsə də, elitada qalmaq uğrunda mübarizə aparan “Sumqayıt” hücumlarına ara vermədi. “Rəvan”dan 44-cü dəqiqədə Orxan Lalayev qırmızı vərəqət alaraq komandasını azlıqda qoydu. Fasilədən sonra Ruslan Qurbanov “Sumqayıt”ı hesabda önə keçirdi. Bundan cəmi 10 dəqiqə sonra Samuel Barlay “Rəvan”ı meydanda 9 nəfərlə qoydu. Say üstünlüyündən istifadə edən “Sumqayıt” daha iki qol vurmaqla parlaq qələbə qazandı və elitada qalmaq yolunda önəmli bir addım atdı.

Turun və bəlkə də mövsümün ən önəmli qarşılaşması Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirildi. Burda Premyer Liqanın lideri “Neftçi” əsas izləyicisi “Qarabağ”ın qonağı oldu. Bu komnadalar arasında Premyer Liqada cari mövsümdə baş tutan 3 oyunda “Qarabağ” qələbə qazanmışdı. Əvəzində “Neftçi” Ağdam təmsilçisini kubokun yarımfinalında mübarizədən kənarlaşdırmışdı. Bu matç çempionluq baxımından çox önəmli idi. “Neftçi” qələbə qazanacağı halda xal fərqini 6-ya yüksəldib, çempionluğu böyük ölçüdə təmin edəcəkdi. “Qarabağ” qələbə qazanaraq liderliyi ələ ala bilərdi.
 
Hesabı qonaqların forvardı Nikolas Kanales açdı. “Qarabağ” hesabı 72-ci dəqiqədə bərabərləşdirdi. İqor Mitreski cərimə meydançasında kobud oynadığından hakim “Neftçi”nin qapısına penalti təyin etdi. Tpa yaxınlaşan Riçard bu şansı qaçırmadı. Lakin “Neftçi” qələbə qolunu vura bildi. 84-cü dəqiqədə Kanales gözəl zərbə ilə özünün və komandasının ikinci qoluna imza atdı – 2:1. Sona 3 tur qalmış xal fərqini 6-ya çıxaran “Neftçi” çempionluğu böyük ölçüdə təmin etdi. Növbəti turda qazanılacaq bir xal “ağ-qaralar”ı çempion edəcək.
 
Günün və turun son oyununda “İnter” “Bakı”nı qəbul etdi. “Bankirlər” paytaxt derbisinin taleyini ilk yarıda həll etdi. Baçana Sxadadze və Leonardo Roşa fərqləndi. “Bakı” buna ikinci hissədə Cavid Hüseynovun qolu ilə cavab Verdi. Lakin “zolaqlılar”ın bundan artığına gücü çatmadı. Bununla da “İnter” “Qarabağ”la xal fərqini birə endirərək gümüş medal şansını artırdı.
 
Premyer Liqa
29-cu tur
 
TURAN – AZAL - 0:2 (0:2)
Qollar: F.Nildo, 7 (0:1), F.Nildo, 27 (0:2).
Sarı vərəqələr: Mikayıl Rəhimov, 30 (rəqibi tutduğuna görə); Budaq Nəsirov, 59 (sistematik qayda pozuntusuna görə); Nikoloz Maisuradze, 65 (qeyri-idman hərəkəti); Aleksandr Krutskeviç, 85 (qeyri-idman hərəkəti); Vüqar Bəybalayev, 90+3 (rəqibə badalaq) - Cavid Tağıyev, 28 (rəqibi tutduğuna görə); 45+3 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Cavid Tağıyev, 45+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 3 dəq.
3 may 2013. Bakı. “Dalğa Arena”. 30 tamaşaçı.
TURAN: 28. Andrey Popoviç, 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov (20. Davud Janalidze, 46), 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov (17. Fərmayıl Əliyev, 46), 8. Budaq Nəsirov, (4. Vüqar Bəybalayev, 70), 10. Ender Günlü (k), 11. Salif Ballo, 13. Nikoloz Maysuradze, 25. Antonio Rukavina, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 9. Murad Ağakişiyev, 19. Asəf Qədiri, 21. Elşad Manafov.
Baş məşqçi: Əfqan Talıbov.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka (23. Tural Nərimanov, 12), 4. Xose Junior Aylton, 2. Xuan Fransisko (32. Vladimir Boqdanoviç, 65), 20. Branislav Arsenyeviç, 15. Oskar Klava, 6. Taqim Novruzov, 17. Viktor İqbekoyi, 7. Cavid Tağıyev, 99. Orxan Həsənov (22. Ruslan Tağızadə, 75), 16. Franko Nildo.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 19. Orxan Səfiyaroğlu, 9. Elşən Məmmədov, 37. Andrius Veliçka.
Baş məşqçi: Vaqif Sadıqov.
 
SİMURQ – QƏBƏLƏ - 2:0 (0:0)
Qollar: N.Qurbanov, 54 (1:0), N.Qurbanov, 68 (2:0)
Sarı vərəqələr: İlkin Qırtımov, 79 (qeyri-idman hərəkəti) - Omar Kalaban, 57 (qeyri-idman hərəkəti); Kamal Mirzəyev, 59 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Coşqun Həsənov, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
3 may 2013. Zaqatala. Şəhər stadionu. 1000 tamaşaçı.
SİMURQ: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Oliveyra, 7. Ruslan Poladov (21. Murad Səttarlı, 46), 9. Marçin Burxard (15. Stepan Polyak, 46), 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 19. Nicat Qurbanov (8. Qərib İbrahimov, 79), 25. Mario Bojiç, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 3. Rasim Ramaldanov, 12. Tomislav Buşiç, 27. Bəxtiyar Soltanov.
Məşqçi: İqor Getman.
QƏBƏLƏ: 30. Anar Nəzirov, 6. Nikola Valentiç, 8. Kristian Pulhak, 14. Mustafa Dabo, 15. Omar Kalaban (5. Luka Zinko, 83), 21. Elmar Baxşıyev (k), 22. Rodriqes Assis, 34. Ürfan Abbasov (10. Dodo, 54), 35. Tərzin Cahangirov, 37. Kamal Mirzəyev (18. Aleksandr Çertoqanov, 66), 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 20. Rəşid Əmiraslanov, 23. Şəhriyar Xəlilov, 45. Murad Musayev.
Məşqçi: Luis Araqon.
 
XƏZƏR LƏNKƏRAN – KƏPƏZ - 1:0 (0:0)
Qol: S.Tounkara, 50 (1:0).
Sarı vərəqələr: Alvaro Silva, 13 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 29 (qeyri-idman hərəkəti) - Məhərrəm Müslümzadə, 32 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
3 may 2013. Lənkəran şəhər mərkəzi stadionu. 2700 tamaşaçı.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Uğur Pamuk (42. Kamran Abdullazadə, 90), 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 55. Ağabala Ramazanov (17. Kazım Kazımlı, 73), 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 30. Toni Doblas, 20. Akif Tağıyev, 24. Gökhan Güleç, 35. Lusiano Olguin.
Baş məşqçi: Con Toşak.
KƏPƏZ: 22. Tural Abbaszadə, 4. Məhərrəm Müslümzadə (6. Məhərrəm Hüseynov, 52), 11. Fərid Quliyev, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 9. Alan Soltanov, 14. Elxan Əzizov, 15. Şahin Kərimov (k), 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili (10. Zaur Əsədov, 70), 30. Vladislav Serebryakov  (23. Ravil Müslümov, 66).
Ehtiyat oyunçular: 1. Ramil Kərimov, 5. Mətləb Məmmədov, 20. Emin Əliyev, 24. Elmar Əhmədov.
Baş məşqçi: Mahmud Qurbanov.
 
SUMQAYIT – RƏVAN - 4:1 (1:1)
Qollar: T.Taktak, 30 (1:0) - X.M.Varea, 34 (1:1), R.Qurbanov, 50 (2:1), C.Akgün, 67 (3:1), R.Qurbanov, 89 (4:1).
Sarı vərəqələr:  Taner Taktak. 27 (qeyri-idman hərəkəti); Ruslan Qurbanov, 29 (simulyasiya); 90+2 (qeyri-idman hərəkəti); Can Akgün, 82 (fitdən sonra topa zərbə) - Orxan Lalayev, 37 (qeyri-idman hərəkəti); 44 (əllə oyun); Samuel Barlay, 55 (qeyri-idman hərəkəti); 60 (qeyri-idman hərəkəti); Miloş Adamoviç, 67 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 72 (qeyri-idman hərəkəti); Tofiq Mikayılov, 90+2 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Ruslan Qurbanov, 90+2 (qeyri-idman hərəkəti) // Orxan Lalayev, 44 (əllə oyun); Samuel Barlay, 60 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: O.Lalayev, 44 (ikinci sarı vərəqə), S.Barlay, 61 (ikinci sarı vərəqə), R.Qurbanov, 90+3 (ikinci sarı vərəqə)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Namiq Hüseynov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor:  Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
4 may 2013. Bakı. “Bayıl Arena” stadionu.150 tamaşaçı.
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k) (3. Aftandil Hacıyev, 88), 6. Taner Taktak, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov (86. Can Akgün, 65), 22. Xəyal Mustafayev, 77. Mirzəağa Hüseynpur (50. Ruslan Nəsirli, 82), 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 70. Şamil Camaləddinov.
Baş məşqçi: Bernhard Raab.
RƏVAN: 1. Lukaş Sapela, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas (4. Nodar Məmmədov, 46), 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (22. Tofiq Mikayılov, 71), 18. Samuel Barlay, 19. Hüseyn Axundov, 20. Milas Adamoviç, 25. Ayaz Mehdiyev (11. Əli Əliyev, 81).
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 6. Anar Həsənov, 7. Ramil Həşimzadə, 28. Emin Mustafayev.
Baş məşqçi: Ramil Əliyev.
 
QARABAĞ - NEFTÇİ - 1:2 (0:1)
Qollar: N.Kanales, 24 (0:1), R.Almeyda, 72-pen (1:1), N.Kanales, 84 (1:2)
Sarı vərəqələr:  Nikolas Kanales, 42 (qeyri-idman hərəkəti); Saşa Stamenkoviç, 89 (oyunun bərpasənə gecikdirdiyi üçün).
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor:  Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
4 may 2013. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 3000 tamaşaçı.
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov (24. Admir Teli, 89), 20. Riçard Almeyda, 21. Reynaldo Silva, 55. Bədavi Hüseynov, 11. Branimir Subaşiç (22. Əfran İsmayılov, 80), 70. Vaqif Cavadov (15. Emeka Opara, 64).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 88. Kristian Torres.
Baş məşqçi: Qurban Qurbanov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k) (25. Cavid İmamverdiyev, 81), 9. Flavinyo (10. Julius Vobay, 66), 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 17. Araz Abdullayev (28. Emin Mehdiyev, 88), 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Tərlan Quliyev, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
İNTER - BAKI - 2:1 (2:0)
Qollar: B.Sxadadze, 35 (1:0), L.Roşa, 40 (2:0), C.Hüseynov, 50 (2:1).
Sarı vərəqələr: Ruslan Əmircanov, 56 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Brüs Abdulaye, 65 (düşünmədən rəqibə ayala zərbə); İlia Kandelaki, 70 (rəqibə badalaq); Giorgi Lomaya, 80 (oyunun bərpasını gecikdirdiyi üçün); Valeri Abramidze (oyundan sonra, hakimin qərarına etiraz) - Şəhriyar Əliyev, 10 (rəqibi tutduğuna görə); Cavid Hüseynov, 60 (hakimə etiraz)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Zeynal Zeynalov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor:  Əli Hüseynov.
Artırılan vaxt: I hissədə -  yoxdur; II hissədə - 4 dəq.
4 may 2013. Bakı. "Şəfa" stadionu. 650 tamaşaçı.
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevki, 6. Samir Zərgərov (20. Brüs Abdulaye, 60), 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov (21. Arif Daşdəmirov, 85), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 28. Baçana Sxadadze, 87. İlqar Ələkbərov, 91. Leonardo Roşa (9. Daniel Genov, 62).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 14. Petar Zlatinov, 47. Abdulla Abatsiyev, 77. Ramil Mansurov.
Baş məşqçi: Kaxaber Sxadadze.
BAKI: 1. Kamran Ağayev, 2. Edemir Rodriqes (11. Elvin Məmmədov, 79), 29. Əziz Quliyev (28. Ferdi Elmas, 85), 3. Denis İvanov, 27. George Popxadze, 25. Şəhriyar Əliyev, 10. Lukas Mario Horvat, 88. Cavid Hüseynov, 77. Aleksandr Soliç (k) (22. Risto Ristoviç, 68), 24. Marius Pena, 23. Rauf Əliyev.
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 5. Aqil Nəbiyev, 17. Mario Rubio, 99. Rəhman Hacıyev.
Baş məşqçi: Bojidar Bandoviç
 
1 Neftçi 29 19 3 7 57 29 +28 60
2 Qarabağ 29 15 9 5 40 25 +15 54
3 İnter 29 15 8 6 37 21 +16 53
4 Simurq 29 11 10 8 30 25 +5 43
5 Bakı 29 8 14 67 31 23 +10 38
6 Qəbələ 29 9 7 13 30 38 –8 34
 
1 AZAL 29 13 9 7 47 29 +18 48
2 Rəvan 29 11 4 14 40 45 –5 37
3 XL 29 9 10 10 38 34 +4 37
4 Sumqayıt 29 8 8 13 29 46 –23 32
5 Turan 29 7 6 16 29 52 –23 27
6 Kəpəz 29 3 4 22 15 56 –41 13
 
Bombardirlər:
26 - Nikolas Kanales (Neftçi)
18 - Franko Nildo (AZAL)
14 - Xuan Manuel Varea (Rəvan)
13 - Riçard Almeyda (Qarabağ)
10 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter), Baçana Sxadadze (İnter)
7 - Zohair Benuahi (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.