5 may 2013 00:38
“Onların bizdən daha yaxşı oynadığını düşünmürəm”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 29-cu turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibin bizdən daha yaxşı oynadığını düşünmürəm. Xüsusən ikinci hissədə üstün oynadıq, erkən qol vurduq, topa nəzarət etdik. İki sadə qol buraxdıq. Hər bir halda yaxşı oyun oldu, qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
