4 may 2013 12:43

Mircavadov: Çempionluğa kimin daha çox layiq olduğunu Azərbaycan derbisi göstərəcək

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi
 
- Bu gün Premyer Liqada çox vacib oyunlardan biri baş tutacaq. Siz “Qarabağ” – “Neftçi” matçı barədə nə düşünürsüz?
- Maraqlı oyun olacaq. Hər iki komandanın va-banka gedəcəyini düşünürəm. Belə oyunlarda adətən komandaların liderləri ön plana çıxır. “Qarabağ”ın müdafiəsində problemlər hələ də qalmaqdadı. Admir Teli də oynamayacaq. Onsuz Rəşad Sadıqovun problemləri çox olacaq.
 
- Kimin şansları daha çoxdu
- Psixoloji cəhətdən “Neftçi”nin daha hazırlıqlı olduğunu demək olar. Axı kubok qarşılaşmalarında məhz bu komanda daha güclü çıxdı. “Neftçi” çempionatda da liderdi, ağdamlılardan üç xal öndədi. Amma “Qarabağ” da başa düşür ki, məğlub olsa, aradakı xal fərqi daha da arta bilər.
 
- Bu komandaların heç-heçə etməsi mümkündü?
- “Neftçi”yə heç-heçə də sərf edir. Çünki üç xallıq fərq aradan qalxamayacaq. Amma çempionluğu daha erkən əldə etmək üçün bu komandaya da qələbə lazımdı. Qurban Qurbanovun komandası “Neftçi”yə qalib gəlməyin yolunu bilir. Admir Teli və Ansi Aqollisiz onlara çətin olacaq. Amma ağdamlılardan hər şey gözləmək olar. Onlar çətin anlarda toparlanmağı bacarırlar.
 
- Nikolas Kanalesdən bu oyunda nəsə gözləmək olar?
- Kanales ləng oyunçudu. Meydanın mərkəzində özünü o qədər də rahat hiss etmir. Amma komandasının lideridi. Meydanı əla görür. Qol epizodları yaradır, ələ düşən şanslardan yararlana bilir. O, bu görüşün də taleyini həll edə bilər.
 
- Sizcə, çempionluğa hansı komanda daha çox layiqdi?
- Bunu oyun özü göstərəcək. Qaliblər mühakimə olunmurlar. Əgər bu gün “Qarabağ” qalib gəlsə, çempionluq mübarizəsi daha da maraqlı hal alacaq. “Neftçi” qalib gələcəyi halda isə, bunu əldən verəcəyini gözləməyə dəyməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.