4 may 2013 14:26
Əmrah Çəlikəl: Mükafatların məbləğini yalnız futbolçularla müzakirə edirik
Bu gün “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”ni qəbul edəcək. Azerisport.az xəbər verir ki, ağdamlıların başqanı Tahir Gözəlin qələbə qazanacaqları təqdirdə futbolçulara böyük mükafat vəd etdiyi barədə xəbərlər yayılmaqdadı.
Belə ki, guya Qurbanovun yetirmələri qələbə qazansa, futbolçular 200 min manata yaxın pul qazanacaq.
Lakin klubun baş direktoru Əmrah Çəlikəl saytımıza açıqlamasında bu faktı təsdiqləməyib: “Mətbuatda səsləndirilən məbləğlər hamısı uydurmadı. Biz heç vaxt belə informasiyaların kənara çıxmasının tərəfdarı olmamışıq. Bu, komandadaxili məsələdi. Futbolçularımız ilk növbədə yaxşı nəticə haqda düşünürlər. Mükafatlarını da məhz uğurlu nəticə qazandıqları halda alırlar. Bu cür xəbərlərin hardan yarandığını bilmirəm. Biz bu məsələləri yalnız futbolçularımızla müzakirə edirik və onu məbtuata açıqlamağa ehtiyac duymuruq”.
